Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Yanvar 2013 09:00

Mətbuat Xidmətinin məlumatı

«Ehtiyatda və istefada olan zabitlər» İctimai Birliyinin keçirdiyi mətbuat konfransında döyüş bölgəsində xidmət edən zabitlərin pul təminatının əsassız şəkildə azaldıldığı qeyd edilir. Mətbuat Xidməti bildirir ki, tədbirdə səslənən fikirlər həqiqəti əks etdirmir və bir sıra hallarda şişirdilmiş «faktlarla» ictimai rəydə çaşqınlıq yaradılır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyun 1998-ci il tarixli qərarı ilə hərbi qulluqçuların vəzifə maaşları orta hesabla 3.5, hərbi rütbəyə görə maaşlar isə orta hesabla 2 dəfə artırılmışdır. Həmin qərarla da döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların vəzifə və rütbə maaşları ikiqat həcmdə ödənilməyə başlanılmışdır.
Bildiririk ki, Nazirlər Kabinetinin bu qərarı təkcə Müdafiə Nazirliyinə deyil, həm də döyüş əməliyyatlarında iştirak etmiş digər güc strukturlarının hərbi qulluqçularına da şamil olunmuşdur. Müdafiə Nazirinin müvafiq əmri də məhz Nazirlər Kabinetinin həmin qərarına əsaslanmışdır. Beləliklə, adı çəkilən normativ hüquqi aktların qəbul edilməsi nəticəsində döyüş bölgəsində xidmət edən hərbi qulluqçuların pul təminatı nəinki azalmış, əksinə orta hesabla 2.5 dəfə artmışdır.
Bu səbələrə görə də ictimai birliyin Müdafiə Nazirliyinə qarşı qaldırdığı iddialar məhkəmələr tərəfindən rədd edilmişdir.