Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması və onlara dövlətçiliyə sədaqət hisslərinin təlqin edilməsi məqsədilə cari ilin fəaliyyət planına uyğun olaraq keçirilən görüşlər davam edir.
Plana əsasən, Milli Müdafiə Universitetinin (MMU) nümayəndə heyəti respublikanın bir neçə orta məktəbində şagirdlərlə görüşüb.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Görüş zamanı şagirdlərlə hərbi vətənpərvərlik və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması mövzularında söhbətlər aparılıb, onlara müvafiq tövsiyələr verilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.