Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Sentyabr 2015 09:00

Məktəblilər “TurAz Qartalı - 2015” təlimlərinin qonağı olublar

Məktəblilər Azərbaycanla Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə “TurAz Qartalı - 2015” taktiki təlimlərində iştirak edən hərbi pilotların qonağı olublar.
Qırıcı, bombardmançı, hücum, hərbi-nəqliyyat təyyarələri, eləcə də təlimlərdə iştirak edən döyüş-nəqliyyat, axtarış-xilasetmə helikopterləri ilə tanış olan məktəblilər, hərbi pilotlara maraqlandıqları mövzularda suallar veriblər.
Təlimlərdən, xidmətlərindən danışan hərbi şahinlər idarə etdikləri döyüş maşınları barədə şagirdlərlə maraqlı söhbətlər edərək yiyələndikləri peşənin sirlərini bölüşüblər.
Məktəblilər bəzi təlim proseslərini izləyib və hərbi pilotlarla xatirə şəkilləri çəkdiriblər.