Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Fevral 2016 09:00

Məktəblilər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanış olublar

Bakı şəhəri 257 və 120 nömrəli tam orta məktəblərinin 9-cu və 10-cu sinif şagirdləri üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə ekskursiya təşkil olunub.
Məktəblilər tədris olunan "İbtidai hərbi hazırlıq" fənni üzrə keçirilmiş dərslərinin təkmilləşdirilməsi məqsədilə hərbi məktəbin kafedralarındakı tədris, maddi-texniki və digər hərbi təyinatlı vasitələr ilə yaxından tanış olublar. Burada onlara Azərbaycan Ali Hərbi Məktəbinin fəaliyyəti, hərbi kafedralarda döyüş texnikası, atıcı silahlar, onlardan istifadə qaydaları və s. haqqında məlumat verilib.
Bu tanışlıq məktəblilərdə zəngin təəssürat yaradıb.