Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 May 2014 09:00

Məktəblilər Hərb Tarixi Muzeyində olublar

Mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə bir qrup məktəbli Azərbaycan Hərb Tarixi Muzeyində olublar.
Uşaqlar açıq səma altında qoşun növləri üzrə texnikadan ibarət ekspozisiya ilə tanış olublar.
Daxili ekspozisiyada isə məktəblilər qədim dövrlərdən müasir zəmanəmizə kimi, o cümlədən Heydər Əliyev və Silahlı Qüvvələr quruculuğu zallarını ziyarət ediblər.