Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Aprel 2021 18:56

Məktəblilər Əlahiddə Ümumqoşun Ordunun təlim mərkəzində keçirilən praktiki məşğələdə iştirak edib - VİDEO

Ordubad rayonunda fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri Əlahiddə Ümumqoşun Ordunun təlim mərkəzində keçirilən praktiki məşğələdə iştirak ediblər.
Məktəblilərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayan  məşğələdə müxtəlif atıcı silahların  taktiki-texniki xüsusiyyətləri haqqında, eləcə də tibbi hazırlıqdan şagirdlərə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Sonra məktəblilər avtomatdan praktiki atışları yerinə yetiriblər.