Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Dekabr 2022 17:37

Mehdi Hüseynzadənin 104 illiyinə həsr olunmuş anım tədbiri keçirilib

Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi önündə əfsanəvi partizanın 104 illiyinə həsr olunmuş anım mərasimi keçirilib.
Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusunun iştirak etdiyi tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların və Mehdi Hüseynzadənin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Partizanın abidəsi önünə gül dəstələri qoyulub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbir iştirakçılarına qəhrəmanın şərəfli həyat yolu haqqında ətraflı məlumat verilib, onun göstərdiyi şücaətdən danışılıb. Bildirilib ki, Mehdi Hüseynzadənin apardığı çoxsaylı uğurlu kəşfiyyat əməliyyatları və nümayiş etdirdiyi misilsiz hərbi şücaətləri ilə böyük şöhrət qazanıb.
Sonda Mehdi Hüseynzadənin abidəsi önündə xatirə şəkli çəkdirilib.