Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Fevral 2021 13:40

Media nümayəndələri müasir mühəndis texnikası və avadanlıqlar ilə tanış olublar

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının maddi-texniki təminatının yaxşılaşdırılması, azad edilmiş ərazilərdə aparılan minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə Türkiyə Respublikasından alınan müasir tələblərə cavab verən mühəndis texnikası və avadanlıqlarının bir hissəsi media nümayəndələrinə təqdim edilib.
Mühəndis-istehkam bölmələri tərəfindən müasir texnika və avadanlıqlardan istifadə etməklə ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi işləri media nümayəndələrinə praktiki nümayiş etdirilib.
Qeyd olunub ki, Azərbaycan Ordusunun arsenalına qəbul olunan hərbi texnikaların dərindən öyrənilməsi və bacarıqla istifadə edilməsi məqsədilə hərbi qulluqçular üçün beynəlxalq kurslar təşkil edilib.
Kursu müvəffəqiyyətlə bitirən hərbi qulluçlulara müvafiq sertifikatlar təqdim edilib.