Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 May 2017 16:40

Media nümayəndələri Azərbaycan-Türkiyə birgə təlimlərini izləyiblər

Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən mayın 1-dən 5-dək keçirilən Silahlı Qüvvələrin birgə təlimlərini işıqlandırmaq məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə mayın 2-də kütləvi informasiya vasitələrinin nümayəndələri üçün taktiki təlim mərkəzinə səfər təşkil edilib.
Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olan  jurnalistlər yerinə yetirilən tapşırıqların icrasını canlı olaraq müşahidə məntəqəsindən izləyiblər.