Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Fevral 2014 09:00

Medal və nazirin təbrik məktubu yubilyara təqdim edilib


Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsində, Silahlı Qüvvələrin şəxsi heyətinin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində xidmətlərinə və anadan olmasının 90 illik yubileyi münasibətilə Böyük Vətən müharibəsinin veteranı, Yardımlı rayon Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Şahbaz Əli oğlu Hüseynov Azərbaycan Respublikasının Prezidenti adından "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı ilə təltif edilmiş və ona təbrik ünvanlanmışdır.
Yardımlı şəhərindəki Heydər Əliyev Mərkəzində Rayon İcra Hakimiyyəti rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə Müdafiə Nazirliyinin zabiti Abdulla Qurbani medalı və nazirin təbrik məktubunu yubilyara təqdim etmişdir.
Veteranlar Şurasının sədri Şahbaz Hüseynov bu qayğı və diqqət üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə naziri general-polkovnik Zakir Həsənova minnətdarlığını bildirmişdir.