Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 Mart 2015 09:00

Matroslar arasında yazı müsabiqəsi keçirilib

Müdafiə nazirinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi ixtisaslar üzrə yarış və müsabiqələrin keçirilməsinin tənzimlənməsi haqqında" müvafiq qərarına əsasən Hərbi Dəniz Qüvvələrində matroslar arasında "Anamı təbrik edirəm" mövzusunda yazı müsabiqəsi keçirilib.
Müsabiqə şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, bölmələrdə sağlam kollektivin yaradılaraq valideynlərə, komandir-rəis heyətinə, o cümlədən özündən böyük hərbi qulluqçulara qarşı hörmət və ehtiram hisslərinin daha da artırılması, hərbi intizamın möhkəmləndirilməsi və asudə vaxtın daha səmərəli keçirilməsi məqsədini daşıyıb.
Münsiflər heyəti müsabiqəyə daxil olan yazıların mətninini təhlil edərək qalibləri müəyyən ediblər. Qərara əsasən birinci yerə matros Hüseyn Mustafayev, ikinci yerə matros Ələddin Mehralızadə, üçüncü yerə isə matroslar Aqil Nəcəfov və Amin Musayev layiq görülüblər.
Qaliblər hərbi hissə komandanlığı tərəfindən diplomlarla təltif olunublar.