Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyun 2026 18:44

Kursantlarımız Qazaxıstanda hərbi vətənpərvəlik toplanışında iştirak edirlər

Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi liseylərin kursantlarından ibarət komanda Qazaxıstanın Akmola vilayətində keçirilən XII Beynəlxalq "Aybın-2026" gənclərin hərbi vətənpərvərlik toplanışında iştirak edir. 
Toplanışda Azərbaycan, Qırğızıstan, Özbəkistan və Rusiya Federasiyasının komandaları ilə yanaşı Qazaxıstanın güc strukturlarının və hərbi təhsil müəssisələrinin, eləcə də hərbi vətənpərvərlik klublarının yetirmələri də güclərini sınayırlar.
Plana uyğun olaraq, genişmiqyaslı tədbirin əsas mərhələləri Şokan Ualixanov adına Hərbi Kollecinin "Amandık" təlim poliqonunda keçirilir. Toplanışda 53 komandanı təmsil edən 1000-ə yaxın iştirakçı arasında hərbi-taktiki səhra oyunları, intellektual və yaradıcılıq müsabiqələri, həmçinin robototexnika üzrə yarışlar təşkil olunur.
"Aybın-2026" gənclərin hərbi vətənpərvərlik toplanışında Azərbaycan komandası yüksək peşəkarlıq nümayiş etdirərək ölkəmizi layiqincə təmsil edir.