Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 İyul 2023 10:00

Kursantlar düşərgə toplanışına cəlb olunub - VİDEO

Heydər Əliyev adına Hərbi İnstitutun tədris planı və proqramına uyğun olaraq kursantlar çöl şəraitində keçirilən düşərgə toplanışına cəlb olunub.
Hərbi hissənin ərazisində keçirilən toplanışda kursantların müxtəlif mövzular üzrə intensiv hazırlığı həyata keçirilir.
Kursantlar günün nizam qaydalarına uyğun olaraq keçirilən məşğələlərdə nəzəri və praktiki vərdişlər qazanır, fiziki və sıra hazırlığı üzrə tədbirlərdə fəal iştirak edirlər.
Poliqonda keçirilən atış çalışmalarının yerinə yetirilməsi zamanı müxtəlif silahlardan istifadə vərdişləri təkmilləşdirilir, eləcə də “döyüş meydanında” hədəflərin aşkar edilərək atəşlə məhv edilməsi və digər tapşırıqlar praktiki yerinə yetirilir.
Bundan başqa, komando hazırlığı proqramı çərçivəsində dağ hazırlığı təlimlərində iştirak edən kursantlar döyüş vərdişlərini daha da təkmilləşdirirlər.