Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Noyabr 2018 14:50

KQHO çərçivəsində Naxçıvan Qarnizonu qoşunları həyəcan siqnalı ilə qaldırılıb - VİDEO

Azərbaycan Ordusunda keçirilən komanda-qərargah hərb oyunları (KQHO) çərçivəsində Əlahiddə Ümumqoşun Ordu komandanının rəhbərliyi altında Naxçıvan Qarnizonu qoşunları tam döyüşə hazırolma vəziyyətinə gətirilib.
İdarəetmə məntəqələri və praktiki fəaliyyətə cəlb edilən bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Birləşmə və hissələrin idarəetmə məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktiki qəbulu həyata keçirilib.
KQHO-nın əsas məqsədi idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin səviyyəsinin yoxlanılması və təkmilləşdirilməsidir.