Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Oktyabr 2021 12:22

Komando kursunu bitirən hərbi qulluqçularımız vətənə qayıdıblar

Azərbaycan ilə Türkiyə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində qardaş ölkənin İsparta şəhərində keçirilən növbəti komando kursunu bitirən hərbi qulluqçularımız  vətənə qayıdıblar.
Bu münasibətlə keçirilən tədbirdə əvvəlcə Azərbaycan və Türkiyə Respublikalarının Dövlət himnləri səsləndirilib.
Çıxış edənlər məzunları kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıblar.
Azərbaycan Ordusunun hərbi qulluqçularından ibarət növbəti heyət komando kursunda iştirak etmək üçün Türkiyənin İsparta şəhərinə yola salınıb.