Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Aprel 2023 10:40

Komando bölmələri praktiki atış çalışmalarını icra edib - VİDEO

2023-cü ilin döyüş hazırlığı planına əsasən Əməliyyat (Komando) bölmələrində atəş hazırlığı üzrə praktiki çalışmalar yerinə yetirilib.
Atıcı silahlardan, eləcə də döyüş maşınlarının ştat silahından şərti düşmən hədəflərinin yerindən və hərəkətdə məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə icra edilib.
Çalışmalarda əsas diqqət hərbi qulluqçuların silahlardan istifadə bacarıqlarının artırılması və döyüş vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.
Komandolar qarşıya qoyulan tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib.