Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Oktyabr 2018 12:41

Kimya Qoşunlarında xüsusi texnikanın payız-qış mövsümünə keçidi təşkil olunub - VİDEO

Kimya Qoşunlarının hərbi hissəsində silah və texnikanın payız-qış mövsümi istismarı şəraitinə keçidi təşkil olunub.
Müxtəlif təlim nöqtələrində keçirilən məşğələnin əsas məqsədi xüsusi texnikalara mövsümi qulluq göstərilməsi zamanı hərbi qulluqçular tərəfindən görüləcək işlərin həcmini və ardıcıllığını praktiki şəkildə nümayiş etdirmək, eləcə də bu sahədə şəxsi heyətin bilik və bacarıqlarını artırmaq olub.
Hərbi hissənin sıra meydanı və parkında keçirilən məşğələdə texniki heyət məşğələ rəhbəri tərəfindən qarşıya qoyulan tapşırıqları yerinə yetirib.