Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Aprel 2023 18:23

Kikboksinq üzrə “Heydər Əliyev” kuboku keçirilir - VİDEO

Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar müdafiə nazirinin təsdiq etdiyi plana əsasən keçirilən tədbirlər davam etdirilir.
Heydər Əliyev adına Hərbi İnstitutda Müdafiə Nazirliyi və Gənclər və İdman Komitəsinin təşkilatçılığı ilə Ümummilli Liderin anadan olmasının 100 illiyinə həsr olunan kikboksinq üzrə “Heydər Əliyev” kuboku keçirilir.
Kikboksinq idman növünün yeniyetmə və gənclər arasında geniş yayılması məqsədilə keçirilən yarışda ümumilikdə 622 idmançı 3 yaş kateqoriyasında birincilik uğrunda mübarizə aparacaq.
Yarışlar may ayının 1-dək davam edəcək.