Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyul 2023 15:59

İntensiv ingilis dili kursunun növbəti buraxılış mərasimi keçirilib

Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda intensiv ingilis dili kursunun başa çatması ilə əlaqədar növbəti buraxılış mərasimi keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının və ABŞ-ın Dövlət himnləri səsləndirilib.
Buraxılış mərasimində çıxış edən Hərbi İdarəetmə İnstitunun rektoru, milli təhlükəsizlik və hərbi elmlər doktoru, professor, polkovnik Bəbir Quliyev, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki hərbi attaşesi polkovnik Kayl Metyu Koun və digər qonaqlar kursu müvəffəqiyyətlə bitirən iştirakçıları təbrik edərək onlara xidmətlərində uğurlar arzulayıblar.
Kurs birincisi çavuş Emil Məmmədov kurs müddətində yaradılan şəraitə görə Müdafiə Nazirliyinin rəhbərliyinə, eləcə də ingilis dilinin öyrədilməsində əməyi olan professor və müəllim heyətinə dinləyicilər adından dərin minnətdarlığını bildirib.
Sonra kursu bitirən məzunlara sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.