Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 May 2018 13:44

“İnsan hüquqları” aylığı çərçivəsində Azərbaycan Ordusunda bir sıra tədbirlər keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə hər il qeyd olunan 18 iyun - İnsan Hüquqları Günü münasibətilə ölkəmizdə “İnsan hüquqları” aylığı keçirilir.
Bu aylıq çərçivəsində Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində insan hüquqlarının və azadlıqlarının mahiyyətindən, onların pozulmasının qarşısının alınması yollarından bəhs edən mövzularda konfranslar, “dəyirmi masa”lar, kitab sərgisi, müsabiqələr, xüsusi dərslər, əhali ilə görüşlər, maarifləndirici seminarlar və digər tədbirlər keçiriləcək.
Tədbirlərdə iştirakçıları maraqlandıran suallar mütəxəssislər, ekspertlər, hüquqşünaslar və s. tərəfindən cavablandırılacaq.