Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 Aprel 2019 11:59

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamının icrasının təmin edilməsi məqsədilə Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Azərbaycan Ordusunda İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş silsilə mədəni-kütləvi tədbirlər keçirilir.
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, “Altı əsrlik mərdlik simvolu -  Nəsimi “ adlı növbəti tədbir keçirilib.
Tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, xüsusi təyinatlı təhsil müəssisələrinin kursant və müəllim heyəti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşları, ölkəmizin tanınmış incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.
Azərbaycan xalqının ədəbi və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirdə İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin əməkdaşı, dövlət qulluqçusu Zümrüd Səmədova çıxış edərək bildirib ki, Nəsiminin yaradıcılığı Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutur.
Bu yaradıcılıq uzun illərdən bəri elmi fikrin diqqət mərkəzindədir. “50 il öncə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Nəsiminin 600 illik yubileyi keçirildi. Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Onun ədəbiyyatda, incəsənətdə parlaq obrazları yaradıldı. 1973-cü ildə çəkilən “Nəsimi” bədii filmi Azərbaycan kino sənətində xüsusi yer aldı, 1979-cu ildə Bakıda mütəfəkkir şairin heykəli ucaldıldı. Bu il isə ölkə Prezidentinin sərəncamına əsasən respublikamızda İmadəddin Nəsiminin 650 illik yubileyi yüksək səviyyədə qeyd edilir. Bu gün keçirilən tədbirimiz də Azərbaycan Ordusunda keçirilən silsilə tədbirlərdən biridir”.
Təntənəli mərasimdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muğam sənəti kafedrasının müdiri Xalq artisti Teyyub Aslanovun rəhbərliyi ilə  universitetin müəllim və tələbələrinin ifasında  Nəsiminin qəzəllərindən ibarət “Cahan mənəm” ədəbi-bədii kompozisiya təqdim olundu.
Sonda ekranda professor, xalq rəssamı Arif Əzizin klassik sənət əsərlərindən ibarət rəsmləri nümayiş etdirilib.