Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Dekabr 2022 16:38

İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlər və psixoloqlar ilə keçirilən təlim-metodiki toplantı başa çatıb - VİDEO

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində qoşun növü, birlik, birləşmə, hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ideoloji iş və mənəvi-psixoloji təminat (İİ və MPT) üzrə şöbə və bölmə (aidiyyəti kafedra və silsilə) rəisləri, hərbi hissələrin qərargah rəislərinin İİ və MPT üzrə köməkçiləri və psixoloqları ilə keçirilən təlim-metodiki toplantı başa çatıb.
Təlim-metodiki toplantıda Azərbaycan Ordusunda idarəetmə və liderlik qabiliyyətlərinin formalaşdırılması, şəhid ailələri və qazilərlə işin təşkili, regionda və dünyada cərəyan edən ictimai-siyasi hadisələr, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədə fəaliyyəti və digər mövzularda çıxışlar edilib, ətraflı müzakirələr aparılıb.
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən polkovnik Elşad Əbilov "Azərbaycan Ordusunda idarəetmə və liderlik qabiliyyətlərinin tərbiyə edilməsində komandirlərin (rəislərin) şəxsi nümunələri" mövzusunda məruzə ilə çıxışında 2022-ci tədris ili ərzində görülən işləri təhlil edib, Azərbaycan Ordusunda hərbi vətənpərvərlik tərbiyəsi, mənəvi-psixoloji hazırlığın yüksəldilməsi məqsədilə qarşıya qoyulan tapşırıqların həlli istiqamətində görülmüş işlərdən danışıb, həmçinin 2023-cü tədris ilində mənəvi-psixoloji təminatla bağlı tapşırıqları toplantı iştirakçılarının diqqətinə çatdırıb.
Sonra “Azərbaycan Ordusunun şəxsi heyətinin Heydər Əliyev ideyaları əsasında mənəvi-psixoloji təminatının aktual istiqamətləri” mövzusunda məruzə ilə çıxış edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani “Heydər Əliyev ilinə Zəfər bayrağı ilə!” adlı vətənpərvərlik marafonuna start verildiyini qeyd edib.
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təşkil olunan toplantı çərçivəsində marafonun ilk tədbiri keçirilib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi və Müdafiə Nazirliyinin Hərbi Orkestrinin ifa etdiyi Heydər Əliyev haqqında və Ulu Öndərin sevdiyi mahnılar, şeirlər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.