Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Dekabr 2018 12:50

İctimai birliyin nümayəndələri hərbçilərin qonağı olublar

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində bir qrup ictimaiyyət nümayəndələri hərbçilərin qonağı olub.
“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov və rəhbərlik etdiyi kollektiv əsgərlərlə görüşüb, onlara bayram hədiyyələri təqdim ediblər.
Qonaqlar əvvəlcə cəbhə bölgəsində yerləşən hərbi hissənin şəxsi heyətinin xidmət və sosial məişət şəraiti ilə tanış olublar.
Görüşdə həmrəylik gününün yaranma tarixindən, əhəmiyyətindən, respublikamızın davamlı inkişafının təməlini qoyan ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən və Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində bütün sahələrdə, eləcə də ordu quruculuğunda qazandığımız uğurlardan danışılıb.
Şəxsi heyət üçün maraqlı konsert proqramı təqdim olunub və qonaqların əsgərlərlə birlikdə bayram naharı təşkil edilib. 
İctimai birlik tərəfindən döyüş hazırlığında və nizam-intizamda  fərqlənən bir qrup hərbi qulluqçuya fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub‬.
Sonda xatirə şəkli çəkdirilib.