Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunda Əməliyyat - Taktiki fakültənin “Tabor (divizion) komandiri” səviyyəsində təkmilləşdirmə kursunun 66-cı buraxılış mərasimi keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Buraxılış mərasimində çıxış edən Hərbi İdarəetmə İnstitutunun rektoru vəzifəsini icra edən polkovnik Elnur Ələsgərli kursu müvəffəqiyyətlə bitirən iştirakçıları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Dinləyicilər isə öz növbələrində kurs müddətində yaradılan şəraitə görə Müdafiə Nazirliyinin rəhbərliyinə, eləcə də professor-müəllim heyətinə dərin minnətdarlıqlarını bildiriblər.
Sonda kursu bitirən məzunlara sertifikatlar təqdim olunub, xatirə fotosu çəkdirilib.