Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

22 Yanvar 2016 09:00

Həzi Aslanovun xatirəsinə həsr edilmiş tədbir keçirilib

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 106 illiyi münasibəti Azərbaycan Hərb Tarixi Muzeyində tədbir keçirilib.
Azərbaycan xalqının qəhrəman övladı, Böyük Vətən Müharibəsinin əfsanəvi iştirakçılarından olan H.Aslanovun qəhrəmanlıqla dolu həyat yolu Vətəninin azadlığı uğrunda vuruşan hər bir vətəndaş üçün nümunədir.
Müharibənin ilk günlərindən od-alov içərisinə atılan qəhrəman həmyerlimiz komandanlıq etdiyi tank briqadası ilə birlikdə neçə-neçə şəhərin faşizmdən azad olunmasında fəal iştirak etmiş, orden və medallara layiq görülmüşdür.
Tədbirdə çıxış edən muzeyin rəisi e.o.polkovnik Əzizağa Qəni-zadə H.Aslanovun keçdiyi şərəfli döyüş yolundan danışmış, onun sovet ordusunda göstərdiyi yüksək əsgəri rəşadətdən bəhs etmişdir.
Sonda tədbir iştirakçıları muzeyin 1939-45-ci illər zalında yerləşən eksponatlarla tanış olmuşlar.