Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Yanvar 2020 15:51

Həzi Aslanovun 110 illiyi Hərbi Dəniz Qüvvələrində də qeyd olunub - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 110 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi davam edir.
Görkəmli sərkərdəyə həsr olunmuş növbəti tədbir Hərbi Dəniz Qüvvələrində keçirilib.
Hərbi hissəsinin zabit, miçman, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları və matrosların iştirak etdiyi tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması, Dövlət himninin  səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edənlər İkinci Dünya  müharibəsində qəhrəmanlıq tarixi yazan Həzi Aslanovun keçdiyi şanlı döyüş yolunun ordumuzun şəxsi heyətinə örnək olduğunu xüsusi vurğulayaraq, cəbhələrdə Azərbaycan oğul və qızlarının göstərdiyi hünər və rəşadətdən danışıblar.
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin təqdim etdiyi konsert proqramı ilə sona çatıb.