Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Fevral 2019 17:50

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində görüş keçirilib

Azərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hisslərinin aşılanması, gənclərdə hərbi vətənpərvərliyin tərbiyə edilməsi məqsədilə Müdafiə Nazirliyi və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi birgə tədbirlər həyata keçirir.
İmzalanmış birgə tədbirlər planına uyğun olaraq, komitə nümayəndələri Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantları ilə görüşüblər.
Tədbirdə “Şəhadət” filminə kursantların baxışı təşkil olunub və “Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında milli-mənəvi dəyərlərin qorunub saxlanması”, “Azərbaycan qanunvericiliyində vicdan azadlığı və dövlət-din münasibətləri” mövzusularında söhbətlər aparılıb.