Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Noyabr 2019 18:29

Heydər Əliyev adına AAHM-də treninq keçirilir

Silahlı Qüvvələrin hərbi təhsil sisteminin inkişafına yardım üzrə NATO-Azərbaycan Birgə Fəaliyyət Planına uyğun olaraq, Müdafiə Təhsilinin genişləndirilməsi Proqramı çərçivəsində Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində professor və müəllim heyəti ilə treninq keçirilir. 
Ali Hərbi Məktəbdə xarici dillər üzrə ixtisaslaşan mütəxəssislər üçün təşkil olunan “Peşəkar hərbi təhsil üzrə aktiv öyrənmə” adlı treninqdə NATO-nun müvafiq mərkəzlərində tətbiq edilən müasir tədris sistemi haqqında məlumat verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Treninq noyabrın 15-dək davam edəcək.