Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Fevral 2020 18:46

Heydər Əliyev adına AAHM-də professor-müəllim heyəti ilə təlim-metodiki toplanış keçirilib

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində professor-müəllim heyəti ilə təlim-metodiki toplanış keçirilib. 
Toplanışda metodiki məşğələlər keçirilib, tədris, metodiki və tərbiyəvi işin aktual problemləri müzakirə edilib, yeni rəhbər sənədlərin tələblərinin və qoşunların təcrübəsinin tədris prosesində tətbiqi üçün aidiyyəti üzrə göstərişlər verilib və yeni tədris dövründə qarşıda duran vəzifələr tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə zabit kadrlarının hazırlanmasına, eləcə də döyüş hazırlığı üzrə qarşıda duran tapşırıqların vaxtında və dəqiq icrasına diqqət yetirilməsinin vacibliyi xüsusi vurğulanıb.