Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Sentyabr 2019 15:20

“Hərbiyyə - 2019” hərbi vətənpərvərlik düşərgəsinin ikinci mərhələsinə start verilir

Sentyabrın 5-dən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və "ASAN Könüllüləri" təşkilatının birgə təşkilatçılığı ilə Bakının işğaldan azad olunmasının 101-ci ildönümünə həsr edilmiş “Hərbiyyə - 2019” hərbi vətənpərvərlik düşərgəsinin ikinci mərhələsinə start veriləcək.
Beyləqan hərbi birliyində hərbi simulyasiya formatında həyata keçiriləcək layihə çərçivəsində gənc vətənpərvərlər müxtəlif peşəkar hərbi təlimlərə cəlb olunacaq, taktiki hazırlıq, qarovul, atəş, topoqrafiya, komandir və digər hərbi hazırlıqlarda iştirak edəcəklər. Eyni zamanda müxtəlif tarixi-mədəni ərazilərə ekskursiyalar, Horadiz şəhərinə, Cocuq Mərcanlıya və Lələtəpə zirvəsinə yürüşlər  təşkil olunacaq.
Qeyd edək ki, “Hərbiyyə” gənc nəslin hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi istiqamətində təşkil olunan sayca 4-cü düşərgədir.