Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Oktyabr 2015 09:00

Hərbiçilərin VI dünya idman oyunlarında uğurla çıxış edən Azərbaycan milli komandasının üzvləri Vətənə qayıdıblar

Koreya Respublikasında təşkil olunan hərbiçilərin VI dünya idman oyunlarında uğurla çıxış edən Azərbaycan milli komandasının üzvləri oktyabrın 13-də Vətənə qayıdıblar.
Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançılarımızı müdafiə, gənclər və idman nazirliklərinin, federasiyaların nümayəndələri və jurnalistlər qarşılayıblar.
Hərbiçilərin VI dünya idman oyunlarında Azərbaycan təmsilçiləri idmanın üç növü-cüdo, taekvondo və güləş üzrə yarışlarda 12 medal qazanıblar. Azərbaycan millisi ümumi komanda hesabında 15-ci pillədə qərarlaşıb.