Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 Fevral 2025 13:07

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı davam edir

Cari ilin hazırlıq planına əsasən, hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı praktiki məşğələlərlə davam edir.
Toplanışın planına uyğun olaraq, təlim iştirakçılarının döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə onlara ordumuzun silahlanmasında olan atıcı silahların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları öyrədilir və atış məşqləri keçirilir.
Təlimə cəlb olunan şəxsi heyət atıcı silahlardan praktiki atış çalışmalarını müvəffəqiyyətlə icra edir.