Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Fevral 2019 19:26

Hərbi-vətənpərvərlik mövzusunda keçirilən müsabiqəyə yekun vurulub

Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə Gəncə və Naftalan şəhərləri, Göygöl, Daşkəsən, Goranboy, Bərdə, Gədəbəy, Tərtər, Xocavənd, Ağcabədi, Tovuz, Beylaqan, Şəmkir, Ağstafa və Qazax rayonlarının nümayəndələrinin iştirakı ilə keçirilən musiqi müsabiqəsinə yekun vurulub.
Müsabiqədə 264 nəfər hərbi qulluqçu və mülki gənclərimiz iştirak edib. Musiqi yarışının final mərhələsinə 37 iştirakçı  yüksəlib. Qalib adı uğrunda mübarizə aparan iştirakçıların www.veten-ugrunda.az saytında səsverməsi həyata keçirilib. Ümumilikdə səsvermədə 600 minə yaxın şəxs iştirak edib.
İştirakçılar müsabiqənin şərtlərinə uyğun olaraq vokal, rəqs, musiqi alətləri və bədii qiraət üzrə çıxış ediblər. Münsiflər heyəti tərəfindən əsasən musiqi alətlərində fərqli ifaya, səhnə davranışına üstünlük verilib.
Musiqi müsabiqəsi hərbi qulluqçuları və istedadlı gəncləri bir araya toplayaraq milli mədəniyyətin və incəsənətin yaşamasına dəstək, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi və gənclərin yaradıcılıq bacarıqlarının inkişaf etdirilməsi, hərbi hissələrdə bədii özfəaliyyət kollektivlərinin nümayişi ilə yanaşı, xalq və ordu arasında əlaqələrin daha da möhkəmlənməsi məqsədi ilə keçirilib.
İnternet səsverməsinin nəticələrinə görə musiqi müsabiqəsi iştirakçıları arasında qaliblər müəyyən edilib.