AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində NATO-nun “Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı” (DEEP) çərçivəsində “Tibbi ingilis dili” kursunun ikinci modulu keçirilir.
DEEP-in Bolqarıstandan olan nümayəndə heyətinin iştirakı ilə keçirilən kursda dinləyicilərə döyüş meydanında tibbi ingilis dilinin istifadəsi, tapşırıqların düzgün təşkili və xüsusilə verbal (şifahi) ünsiyyət olmadan icrası, taktiki döyüş şəraitində həyat xilas etmək mövzuları ilə bağlı ətraflı məlumat verilib.
Beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi yolu ilə iştirakçıların peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunan kurs oktyabrın 24-dək davam edəcək.