Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 Sentyabr 2021 19:23

Hərbi təyyarəçilərimiz “Texnofest-2021” festivalında ilk uçuşlarını icra edib - VİDEO

Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MİQ-29 döyüş təyyarəsi Atatürk Beynəlxalq Hava Limanında keçirilən “Texnofest-2021” festivalındakı aviaşouda ilk uçuşunu edib.
Festivalda çətin pilotaj manevrlərlə nümunəvi uçuş keçirən hərbi pilotumuz izləyənlər tərəfindən rəğbətlə qarşılanıb.
Qeyd edək ki, sentyabrın 26-dək davam edən festivalda Azərbaycan HHQ-nin 2 ədəd MİQ-29 qırıcı təyyarələri müxtəlif vaxtlarda nümunəvi uçuşlar edəcək.