Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 Dekabr 2017 12:30

Hərbi qulluqçunun ailəsində üçəm körpələri dünyaya gəlib

Dekabrın 24-də Qusar rayon sakini Azərbaycan Ordusunun hərbi qulluqçusu  gizir Əmrulla Əmiraliyevin ailəsində eyni gündə 3 övladı (üçəm körpələr) dünyaya gəlib.
Körpələr və hərbçinin həyat yoldaşı Şəhla Əmiraliyevanın səhhəti normaldır.
General-polkovnik Zakir Həsənovun tapşırığı ilə Müdafiə Nazirliyinin bir qrup əməkdaşı Qusarda hərbi qulluqçu Ə.Əmiraliyevin ailəsinə baş çəkib.
Görüşdə iştirak edən Müdafiə Nazirliyinin əməkdaşı Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani körpələrin valideynlərini hərbçilər adından təbrik edib, onlara sağlam həyat arzulayıb. Bildirib ki, Əmrulla Əmirəliyev xidmətdə seçilən, nümunəvi hərbçilərdəndir. Döyüş və mənəvi-psixoloji hazırlıq əlaçısıdır. Ailə vəziyyəti ilə əlaqədar xidmətini doğma rayonuna yaxın hərbi hissələrin birində davam etdirmək təklif olunsa da, o, cəbhə bölgəsində xidmət etmək arzusunda olduğunu bildirib.
Abdulla Qurbani qeyd edib ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən hərbi qulluqçunun xidmət etdiyi bölgədə onun ailə-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı xüsusi tapşırıq verilib. Ailəyə ev üçün zəruri məişət əşyaları və ləvazimatlar hədiyyə edilib.
Görüş zamanı üçəm körpələrin babası Güləli və nənəsi Zalikə Əmiraliyevalar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Gizir Ə.Əmiraliyev diqqət və qayğıdan ruhlanaraq bundan sonra da Vətənə, dövlətə, xalqa sədaqətlə xidmət edəcəyinə, göstərilən etimadı nümunəvi xidməti ilə doğruldacağına söz verib.