Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 Noyabr 2023 17:37

Hərbi qulluqçularla tərbiyəvi işin təşkili üzrə metodiki məşğələlər keçirilib

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinə əsasən, "Tərbiyəvi işin təşkili və psixoloq" ixtisası üzrə zabitlərin iştirakı ilə metodiki məşğələlər keçirilib.
Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin nümayəndələri bir neçə hərbi hissədə tərbiyəvi işin təşkili mövzusunda görüşlər keçiriblər.
"Tərbiyəvi işin təşkili və psixoloq" ixtisası üzrə zabitlərlə keçirilən görüşlərdə şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində, hərbi xidmətə yeni gəlmiş hərbi qulluqçuların fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsində, onların xidmətə adaptasiyasında, şəxsi heyətin xidməti təhlükəsizliyinin və sağlamlığının qorunub saxlanılmasında, eləcə də hərbi intizamın möhkəmləndirilməsində zəruri metodiki tövsiyələr verilib.
Görüşlər zamanı, həmçinin Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlər barədə hərbi qulluqçulara məlumatlar verilib, qarşıda duran müvafiq tapşırıqların həlli mövzusunda zabitlərin üzərinə düşən vəzifə və məsuliyyətlər bir daha ətraflı izah olunub.