Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

31 Oktyabr 2019 11:32

Hərbi qulluqçuların iştirakı ilə seminar keçirilib

Müdafiə Nazirliyi ilə Dövlət Təhlükəsizlik Xidmətinin birgə fəaliyyət planına uyğun olaraq Beyləqan rayon Mədəniyyət Evində hərbi qulluqçuların iştirakı ilə “Xarici xüsusi xidmət orqanlarının pozuculuq fəaliyyəti” və “Dini ekstremizmə qarşı mübarizə və informasiya təhlükəsizliyi” mövzularında növbəti seminar keçirilib.
Tədbirdə keçirilən seminarların şəxsi heyətin maarifləndirilməsində böyük rol oynayacağı qeyd edilib.
Seminar “Heç vaxt gec deyil” sənədli filminin nümayişi ilə başa çatıb.