Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyun 2024 15:36

Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur

Azərbaycan Ordusunda hərbi qulluqçuların mədəni asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən tədbirlər davam edir.
Plana uyğun olaraq, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar-təşviqat qrupu tərəfindən bir neçə hərbi hissədə mədəni-kütləvi tədbir təşkil edilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirlər çərçivəsində şəxsi heyətə hərbi-vətənpərvərlik mövzusunda film nümayiş olunub, həmçinin mərkəzin yaradıcı heyəti konsert proqramı ilə çıxış edib.
Bundan başqa, Vətən müdafəçiləri “Əsgərə məktub” layihəsi çərçivəsində vətəndaşlar tərəfindən onlara ünvanlanmış məktubları böyük maraqla oxuyublar.