Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 May 2024 12:46

Hərbi qulluqçuların asudə vaxtı səmərəli təşkil olunur

Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksəltmək məqsədi ilə hərbi hissələrdə müxtəlif xarakterli tədbirlər keçirilir. Şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərmək, şəxsi heyətin ruh yüksəkliyini daha da artırmaq və asudə vaxtının səmərəli təşkili məqsədilə Həzi  Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları hərbi hissələrdə mədəni-kütləvi tədbirlər keçiriblər.
Tədbirlərdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Hərbi qulluqçulara vətənpərvərlik mövzusunda konsert proqramı təqdim edilib.