Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Avqust 2022 17:28

Hərbi qulluqçularımız Türkiyədə keçirilən təlimdə iştirak edib

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan ikitərəfli əməkdaşlıq planına uyğun olaraq "Qardaş Briqada" layihəsi çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları qarşılıqlı təcrübə mübadiləsinin aparılması məqsədilə Türkiyədə keçirilən təlimdə iştirak edib.

Təlim müddətinin başa çatması ilə əlaqədar Türkiyə Silahlı Qüvvələrinin Ordu Korpusunun komandiri general-leytenant Rasim Yaldız və digər yüksək rütbəli zabitlərin iştirakı ilə mərasim keçirilib.

Mərasimdə çıxış edən general-leytenant R.Yaldız "Qardaş Briqada" layihəsi çərçivəsində hərbi qulluqçularımızın nümunəvi xidmət etdiyini vurğulayaraq təlim zamanı qazanılan bilik və təcrübələrin Azərbaycan Ordusunun daha da güclənməsi naminə tətbiq edəcəklərinə inandığını bildirib.

Sonda xatirə şəkli çəkdirilib.