Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Noyabr 2022 13:43

Hərbi qulluqçularımız NATO-nun "Döyüşə hazırlıq" proqramını müvəffəqiyyətlə tamamlayıb

Belçika Krallığının Mons şəhərində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı çərçivəsində illik konfrans keçirilib.
NATO-nun müxtəlif qərargahlarından olan nümayəndələrin, eləcə də Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə keçirilən konfransda ölkəmizin ƏİK proqramından geniş istifadə etdiyi və tərəfdaş dövlətlər arasında qabaqcıl təcrübəyə malik olduğu xüsusi vurğulanıb.
Qeyd edilib ki, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Ortaq Qüvvələr Birliyinə bəyan edilmiş "Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə Axtarış Qrupu" NATO-nun ƏİK proqramı çərçivəsində Türkiyədə keçirilən “Dənizdə Qadağa Əməliyyatları” üzrə 2-ci səviyyəli (NEL-2) NATO qiymətləndirməsində müvəffəqiyyətlə iştirak edərək "Döyüşə hazır" bölmə kimi qiymətləndirilib.
Uğurlu iştirakına görə hərbi qulluqçularımıza Alyansın səlahiyyətli nümayəndəsi tərəfindən "Döyüşə hazır" sertifikatı təqdim edilib.