Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Oktyabr 2023 17:26

Hərbi qulluqçularımız “Erciyes - 2023” təlimində iştirak edirlər

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyə Respublikasının Kayseri şəhərində keçirilən “Erciyes - 2023” təlimində iştirak edirlər.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlılarının cəlb olunduğu təlimdə qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirilir.
“Erciyes - 2023” təlimində əsas diqqət qarşılıqlı əlaqədə fəaliyyətlər zamanı döyüş uzlaşmasının təmin edilməsi, təcrübə mübadiləsi və peşəkarlığın artırılması, eləcə də hərbi qulluqçuların bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəldilib.