AZƏRBAYCAN RESPUBLİKASI
MÜDAFİƏ NAZİRLİYİ
“Anatolian Phoenix - 2024” beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri Türkiyə Respublikasının Konya şəhərinə gediblər.
Müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimdə Azərbaycanı Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil edəcək.
Mayın 17-dək davam edəcək hərbi təlimdə Azərbaycan HHQ-nin 2 ədəd Su-25 hücum təyarəsi də iştirak edəcək.