Bu gün Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə" 28 dekabr 2011-ci il tarixli Fərmanının icrası məqsədilə Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox xidmət etmiş 25 nəfər hərbi qulluqçuya yeni verilmiş mənzillərin sənədləri təqdim olunub.
Mərasimdə Müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov, hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin olunması prosesinin uğurla davam etdiyini bildirib, zabitlərə və onların ailə üzvlərinə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriklərini çatdırıb.
Ötən müddət ərzində Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamına əsasən 300-ə yaxın hərbi qulluqçu daimi, 400-dən çox hərbi qulluqçu isə xidməti mənzillə təmin olunub.