Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

9 Aprel 2020 18:53

Hərbi qulluqçular ünvanlı yardım çatdırıblar - VİDEO

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimini nəzərə alaraq hərbi qulluqçular şəhidlərimizin 65 yaşdan yuxarı ailə üzvlərinə, yaşlı müharibə veteranları və əlillərə ünvanlı yardım çatdırıblar.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin nümayəndələri və hərbi qulluqçular ailələri ziyarət edərək zəruri ərzaq məhsullarını və şəxsi gigiyena vasitələrini onlara təqdim ediblər.
Hazırda bu kateqoriyadan olan şəxslərin müəyyən edilərək onlara yardım edilməsi istiqamətində işlər davam etdirilir.