Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Aprel 2021 12:48

Hərbi qulluqçular üçün seminarlar keçirilir

Azərbaycan Ordusunda hərbi qulluqçuların maarifləndirilməsi, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi və milli-mənəvi dəyərlərimizin təbliği məqsədilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin nümayəndələri hərbi hissələrdə seminarlar keçirir.
Görüşlərdə hərbi qulluqçulara qabaqcıl ölkələrin ordularında insan hüquqları və gender bərabərliyi sahəsində həyata keçirilən fəaliyyətlərlə bağlı məlumatlar verilir, onları maraqlandıran suallar cavablandırılır və bu sahədə mövcud məsələlər müzakirə olunur.