Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Aprel 2020 11:23

Hərbi qulluqçular qanvermə aksiyasında iştirak edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan ehtiyatı yaradılması təşəbbüsünə Müdafiə Nazirliyinin idarə, təşkilatları və xüsusi təyinatlı hərbi təhsil müəssisələri, həmçinin birlik, birləşmə və hərbi hissələr də qoşulub.
Karantin rejiminin tələblərinə uyğun olaraq qanvermə zamanı aksiyada iştirak edənlər və həkimlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün zəruri tədbirlər həyata keçirilib.
Yığılan qan ehtiyatı yoxlanıldıqdan və sertifikatlaşdırıldıqdan sonra istifadə olunması məqsədilə Respublika Talassemiya Mərkəzinə (Milli Hematologiya və Transfuziologiya Mərkəzi) təhvil veriləcək.