Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

7 Avqust 2026 15:28

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Müdafiə nazirinin 2026-cı il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunda hərbi qulluqçuların məharət dərəcələrinin müəyyən edilməsi məqsədilə sınaq imtahanları keçirilir. 
İmtahanlarda hərbi qulluqçuların ixtisas hazırlığı, fiziki hazırlığı, eləcə də xidməti fəaliyyətləri ilə bağlı digər nəzəri və praktiki bacarıqları qiymətləndirilir.
Sınaq imtahanlarının keçirilməsində əsas məqsəd şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması, hərbi qulluqçuların bilik və bacarıqlarının qiymətləndirilməsi, həmçinin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsidir.