Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 İyun 2018 15:29

Hərbi qulluqçular Gəncə şəhərinin tarixi abidələri ilə tanış olub

Gəncə Qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə bir qrup hərbi qulluqçu Gəncə şəhərinin tarixi yerləri ilə yaxından tanış olub.
Hərbi qulluqçular Qala Qapıları Arxeologiya və Etnoqrafiya muzeyi, Nizami muzeyi və Nizami məqbərəsini ziyarət ediblər.
Sonra hərbi qulluqçular “Vətən uğrunda!” səyyar təşviqat dəstəsinin “Əsgərdən salam!” layihəsində iştirak ediblər.
Nizami Gəncəvinin məqbərəsi qarşısında keçirilən tədbirdə “N” nömrəli hərbi hissənin əsgərləri canlı yayım vasitəsilə ailə üzvlərinə, doğmalarına salamlarını çatdırıblar.